SOCAR-ın erməni ortağı - Avet Mirakyan

SOCAR-ın erməni ortağı - Avet Mirakyan

6 Oktyabr 2017 14:56
Bəyəndim (0) Bəyənmədim (0)

Dövlət Neft Şirkəti (SOCAR) Azərbaycanın quruda yerləşən neft yataqlarının böyük əksəriyyətini Rusiyanın nəhəng neft şirkətlərindən biri olan "RussNeft" şirkəti ilə birgə istismar edir."Yeniavaz.com" SOCAR-a istinadən bildirir ki, hazırda quruda yerləşən neft yataqları üzrə 12 saziş imzalanıb. Bu sazişlərin bəziləri "RussNeft"ə bağlı olan şirkətlərlə - "UQE Lanser PTİ. LTD", AZEN, "Qlobal Energy Azərbaycan", "Neftçala İnvestments LTD" ilə bağlanıb. Bu şirkətlər hazırda Azərbaycanın ən böyük quru neft yataqlarında 75-85% paya sahibdirlər. Həmin quru neft yataqları arasında "Balaxanı-Sabunçu-Ramana", "Kürdəxanı", "Binəqədi", "Qırməki", "Çaxnaqlar", "Sulutəpə", "Masazır", "Fatmayı", "Şabandağ", "Sianşor", "Kürovdağ", "Mişovdaq", "Kəlaməddin", "Neftçala", "Xıllı", "Dürovdağ-Babazanan" kimi fəaliyyətdə olan yataqlar yer almaqdadır.

Azərbaycanda böyük layihələrə imza atan "RussNeft" şirkəti bu yaxınlarda erməni əsilli maliyyə mütəxəssisi, "Safmar" şirkətinin baş direktoru Avet Mirakyanı Direktorlar Şurasına daxil edib. Bu isə o deməkdir ki, Azərbaycanını quru neft yataqlarının böyük əksəriyyətini istismar edən Rusiyanın nəhəng neft-qaz şirkəti "RussNeft"i idarə edəcək 13 nəfərdən biri erməni millətindən olan şəxsdir. Məlumat üçün qeyd edək ki, Avet Mirakyan 1996-cı ildə İrəvan Dövlət Universitetinin məzunudur və bir müddət Ermənistan Mərkəzi Bankında çalışıb. Daha sonra Rusiyada müxtəlf banklarda, eyni "Artur Anderson" və "Ernst and Young" kimi audit şirkətlərində işləyib. 2007-ci ildə Qutseriyevə məxsus "Binbank"a vitse-prezident təyin olunub. 2016-cı ildə isə Qutseriyevin "Safmar"ın şirkətinin baş direktoru olub. Hazırda Mirakyan erməni millətindən olan şəxslərlə olduqca sıx münasibətləri malikdir. Bunu "RussNeft"in Direktorlar Şurasının yeni üzvünün "Facebook" sosial şəbəkə hesabından açıq şəkildə görmək mümkündür. Ümid edirik ki, Avet Mirakyanın gələcəkdə Azərbaycan üçün hansı problemlər törədə biləcəyi barədə ehtimallar SOCAR rəhbərliyini düşünməyə vadar edəcəkdir.