"Azərbaycan Dəmir Yolları" açıq tender keçirir

"Azərbaycan Dəmir Yolları" açıq tender keçirir

16 Fevral 2017 11:14
Bəyəndim (0) Bəyənmədim (0)

"Azərbaycan Dəmir Yolları" QSC-nin "Təsərrüfat İdarəsi" MMC məişətdə istifadə edilən avadanlıq və əşyalar, kompüter avadanlıqları və ehtiyat hissələri, bundan başqa, QSC-nin Texniki Xidmət və İstismar İdarəsi tikinti materiallarının alınması ilə əlaqədar açıq tender elan edib.

"Report"un rəsmi mətbuata istinadən verdiyi xəbərə görə, tenderdə iştirak haqqı hər lot üzrə 300 manat təşkil edir.

İddiaçılar tenderdə iştirak etmək üçün zəruri göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 29 mart saat 18:00-a qədər, tender təklifi və bank zəmanəti isə 6 aprel saat 18:00-a qədər Bakı şəhəri, Dilarə Əliyeva küçəsi,230 ("Azərbaycan Dəmir Yolları" QSC-nin Texniki Xidmət və İstismar İdarəsi) ünvanına təqdim etməlidir.

İddiaçıların təklifləri 7 aprel saat 11:00-da yuxarıda göstərilən ünvanda açılacaq.

Mediainfo.az