Qətər dünyanın ən varlı ölkəsidir

Qətər dünyanın ən varlı ölkəsidir

26 Sentyabr 2011 13:36
Bəyəndim (0) Bəyənmədim (0)

Beynəlxalq Valyuta Fondu dünyanın ən varlı ölkəsinin adını açıqlayıb. Fond Qətərin 2010-cu ildə dünyanın ən varlı ölkəsi olduğunu bəyan edib. Hazırda Qətərdə ÜDM-in adambaşına düşən məbləği 88 222 dollar təşkil edir. Bir il əvvəlki reytinqə başçılıq edən Lüksemburq bu dəfə ikinci yerlə kifayətlənməli olub - 81 466 dollar.

Qeyd edək ki, Qətər bu göstərici ilə dünyanın ən böyük iqtisadiyyatına malik ABŞ-ı iki dəfə üstələyib. Hazırda Birləşmiş Ştatlarda ÜDM-in adambaşına düşən məbləği 46 860 dollar təşkil edir. BVF-nin proqnozuna əsasən, 2016-cı ildə Qətərdə ÜDM-in adambaşına düşən məbləği 111 963 dollar təşkil olacaq ki, bu da ölkəyə dünya liderliyini qoruyub saxlamaqda kömək edəcək.

Cibdəsə varsa pul...

Adəmi adəm eyləyən paradır, parasız adəmin üzü qaradır.

Tofiq Əliyev

O.M.