"Moody's" tərəfindən rüsvay olan UNİBANK-dan açıqlama

"Moody's" tərəfindən rüsvay olan UNİBANK-dan açıqlama

7 Fevral 2017 10:25
Bəyəndim (0) Bəyənmədim (0)

"Unibank" ASC "Moody's Investors Service" beynəlxalq reytinq agentliyi ilə əməkdaşlığı dayandırıb.

Bankdan apa-ya bildirilib ki, kredit reytinqi xarici bazarlardan vəsaitlərin cəlbi zamanı tələb olunur. Bu gün daxili bazardan, xarici bazarlar ilə müqayisədə daha ucuz və kifayət qədər vəsait cəlb etmək mümkün olduğundan bahalı reytinqin saxlanılmasına ehtiyac yoxdur. Bu səbəbdən də "Moody's" ilə əməkdaşlıq dayandırılıb: "Əgər xarici bazarlardan vəsaitlərin cəlbi gündəmdə olarsa, biz yenidən əməkdaşlığı nəzərdə keçirəcəyik. Reytinq üçün "Moody's" agentliyinə kifayət qədər böyük məbləğdə vəsait ödənilirdi. Həm də reytinqə ehtiyacın olmadığını, həm də xərclərin optimallaşdırılmasını nəzərə alaraq agentlik ilə əməkdaşlığı dayandırmışıq".

Mediainfo.az