ABŞ ÜTT-yə Çindən şikayət edib

ABŞ ÜTT-yə Çindən şikayət edib

21 Sentyabr 2011 17:50
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Ümumdünya Ticarət Təşkilatına (ÜTT) Çindən şikayət edib. Vaşinqton Pekini ABŞ-dan ixrac olunan toyuq və hinduşka ətinə əsaslandırılmamış rüsum tətbiq etməkdə günahlandırıb.

Öz növbəsində Çin tərəfi ABŞ-dan ixrac olunan quş ətinə qanuni şəkildə rüsum tətbiq edib. Çünki amerikalı istehsalçılar hökumətdən subsidiya alır və öz məhsullarını Çin bazarına ucuz qiymətlərlə çıxarırlar.

Qeyd edək ki, Çin ABŞ-dan ixrac olunan toyuq və hinduşka ətinə bu aydan rüsum tətbiq edib. Rüsumun məbləği məhsulun qiymətindən asılı olaraq 50%-100% arasında dəyişir.

Camaata ucuz və keyfiyyətli mal lazımdır. Çin məhsullarısa ucuzdur, amma keyfiyyətli deyil.

Tofiq Əliyev

O.M.