BMT Azərbaycanı aclığın ən aşağı səviyyədə olduğu ölkələrə aid edib

BMT Azərbaycanı aclığın ən aşağı səviyyədə olduğu ölkələrə aid edib

21 Sentyabr 2011 11:49
Bəyəndim (0) Bəyənmədim (0)

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycanı aclığın ən aşağı səviyyədə, yəni 5%-dən aşağı olduğu ölkələrin siyahısına daxil edib. Bu qərar yetərincə qidalanmanın yayılması barədə mövcud olan ən son məlumatlara əsasən (2005-2007) qəbul edilib. FAO-nun açıqlamasında bildirilir ki, qlobal iqtisadi böhran regiondakı digər ölkələrə nisbətən Azərbaycana daha az təsir edib. Belə ki, 2009-cu ildə ölkədə ÜDM-in real artımı regionda ən yüksək həddə (9%) olub, 2010-cu ildə isə ÜDM 5% artıb.

"İqtisadi artım son 10 ildə yoxsulluğun səviyyəsinin xeyli, yəni 2001-ci ildəki 49%-dən 2009-cu ildə 11%-ə, 2010-cu ildə isə 9%-dək azalması ilə nəticələnib. Lakin ərzaq qiymətlərinin davamlı artımı xərclərinin böyük hissəsini (60%-ni) ərzağa sərf edən əhalinin ən kasıb 20%-nə daha çox təsir edir" - deyə FAO qeyd edib.

Çörək bol olarsa basılmaz vətən.

Tofiq Əliyev

O.M.