Çin öz rekordunu təzələyib

Çin öz rekordunu təzələyib

14 Aprel 2011 16:23
Bəyəndim (0) Bəyənmədim (0)

Çin tarixində ilk dəfə xarici valyuta hesabını rekord səviyyəyə qaldırıb. Çin Xalq Bankının valyuta ehtiyatı 3 trilyon dollardan çox olub.

Bu ilin birinci rübündə Çin 197 milyard dollar əlavə gəlir əldə edərək Yaponiyanı iqtisadi göstəricilərinə görə geridə qoyub.

Mütəxəssislər Çin iqtisadi proqnozlarının artıq həyata keçdiyini, belə gedərsə, inkişaf səviyyəsinə görə dünyada birinci yerə qalxacağını açıqlayıblar.

Çin iqtisadçıları və siyasətçiləri toplanan əlavə valyutanı Yaponiya, ABŞ, Rusiya və Avropa ölkələrində qiymətli kağızların və səhmlərin alınmasına yönəldəcəklər.

Çin əsasən saxta mal istehsal etməklə pullarını rekord səviyyəyədək artıra bildi. Deməli, siyasətdə olduğu kimi iqtisadiyyatda da uğurun yolu saxtakarlıqdan keçir.

Elvin Babayev

O.M.