Banka 2.3 milyard dollar ziyan vurmuş əməkdaşın adı açıqlanıb

Banka 2.3 milyard dollar ziyan vurmuş əməkdaşın adı açıqlanıb

16 Sentyabr 2011 09:17
994
Bəyəndim (0) Bəyənmədim (0)

London polisi dünya şöhrətli İsveçrə bankı UBS-in tutulmuş əməkdaşının adını çəkib. 31 yaşlı Kveku Adoboli şirkətin 2.3 milyard dollar ziyanına bais olmuş qeyri-qanuni sövdələşmələr aparmaqda şübhəli bilinir.

Müstəqil brokerlərin səbəb olduğu irimiqyaslı ziyanlar əvvəllər də qeydə alınıb. 1995-ci ildə Nik Lison tərəfindən bağlanmış müqavilə, Britaniyanın Barings bankının iflasına səbəb olmuşdu. 3 il əvvəl isə Fransa bankı treyder Jeroma Kervelin hərəkətləri ucbatından 5 milyarda avroya yaxın civarda zərər görmüşdü.

UBS-in saxlanılan şəxsi adını təsdiq etməkdən imtina edib. Adıçəkilən İsveçrə bankı dəymiş ziyanın öhdəsindən gəlmək məqsədilə qarşıdan gələn 2 il ərzində 3500 işçini ixtisar etməyə hazırlaşır. UBS rəhbərliyi müştərilərini əmanətlərinə görə narahat olmamağa çağırıb. Bununla belə, bu hadisənin bankların etibardan düşməsinə səbəb olması, qiymətli kağızlar bazarına böyük təsir göstərib. İsveçrə şirkətinin səhmlərinin qiyməti nə az, nə çox düz 10 faiz aşağı düşüb. Bankın belə böyük miqdarı itirməsinə yol açmış səbəblər sırasında İsveçrə frankı ilə aparılmış qeyri-qanuni əməliyyatlar və Yunanıstan, Portuqaliya istiqrazları ilə bağlı spekulasiyalar göstərilir.

Xatırladaq ki, bir günə 2 milyard dollardan çox pul itirmiş UBS bu yaxınlarda şirkətin gəlirinin 2014-cü ilə kimi 15 milyard franka çatacağını bildirmişdi.

Burda deyiblər, mərdiməzarı axtarmaqla deyil ki...

Tofiq Əliyev

O.M.