Daha bir dondurma istehsalçısı cərimələnib

Daha bir dondurma istehsalçısı cərimələnib

7 Sentyabr 2011 11:19
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən "APA-ECONOMICS"ə verilən məlumata görə, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Şimal-Qərb ünvanında "S.A.B.A. şirkəti" MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı müəssisədə istehsal edilən məhsulların keyfiyyət və təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi üçün müvafiq laboratoriyanın olmaması və dondurmaların laborator müayinədən keçirilmədən satışa çıxarılması, dondurmaların müvafiq reseptura və gigiyenik sertifikatları olmadan istehsal edilməsi, habelə məhsulların etiketində istehsalçı müəssisə, qida və enerji dəyərinin göstərilməməsi səbəbindən bu təsərrüfat subyekti barəsində İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Dövlət Xidmətində istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verilməsi ilə bağlı işə baxılmış və "Haqsız rəqabət haqqında" qanununun tələblərini pozduğuna görə "S.A.B.A. şirkəti" MMC-yə 4,4 min manat maliyyə sanksiyası tətbiq edilib.

Haqsız rəqabət aparan istehsalçıya qarşı haqlı sanksiya tətbiq edildi.

Tofiq Əliyev

O.M.