Mayonezlərin monitorinqinin nəticələri açıqlanıb

Mayonezlərin monitorinqinin nəticələri açıqlanıb

6 Sentyabr 2011 17:40
Bəyəndim (0) Bəyənmədim (0)

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda mağazalarda satılan mayonezlərin bakterioloji və kimyəvi müayinələrini həyata keçirib. Bu haqda APA-ya mərkəzin Qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev məlumat verib.

İ.Abdullayevin sözlərinə görə, müayinələr üçün həmin məhsullardan 60-a yaxın nümunə götürülüb və analiz edilib: "Müayinələrin nəticələrinə görə, bu nümunələrin heç birində bakterioloji və kimyəvi göstəricilərdən kənara çıxma halları qeydə alınmayıb. Mayonez mikrobioloji göstəricilərinə görə riskli məhsuldur. Ev şəraitində həmin məhsullardan istifadə zamanı mədə-bağırsaq pozuntularının, zəhərlənmələrin baş verməsi bu məhsuldan düzgün istifadə edilməməsi səbəbindən olur. Mayonezi açıb istifadə etdikdən sonra onu soyuducuda saxlamaq və qısa müddət ərzində işlətmək lazımdır. Bunlara əməl etmədikdə, məhsul çirklənməyə məruz qalır".

Qeyd edək ki, monitorinq zamanı həm yerli, həm də xaricdən gətirilən məhsullar yoxlanılıb.

İnsan özü özünün həkimi olmalıdır. Nə yediyinə və nə içdiyinə özü nəzarət etməlidir.

Tofiq Əliyev

O.M.