Dolların bu günlük QİYMƏTİ

Dolların bu günlük QİYMƏTİ

15 Sentyabr 2016 10:17
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən KİV-ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi sentyabr ayının 14-ü ilə müqayisədə 0,1% azalaraq 1,6375 manat olub.

Avro manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,1% möhkəmlənərək 1,8409 manat olub.
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası ötən günlə müqayisədə 0,4% azalaraq 0,0251 manat səviyyəsinə düşüb.
Türkiyə lirəsinin məzənnəsi 0,11% azalaraq 0,5490 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1695 manatdır. Beləliklə, funt sterlinq 0,3%-lik bahalaşma nümayiş etdirib. Gürcüstan larisinin məzənnəsi 0,08% azalaraq 0,7089 manat təşkil edib.

Mediainfo.az