TRACECA dəhlizi ilə daşınan yüklərin həcmi 8%-dən çox azalıb

TRACECA dəhlizi ilə daşınan yüklərin həcmi 8%-dən çox azalıb

14 Sentyabr 2016 14:24
Bəyəndim (0) Bəyənmədim (0)

2016-cı ilin yanvar-iyul ayları ərzində Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 28 mln. 359,3 min ton, yük dövriyyəsi isə 5 mlrd. 396,9 milyon ton/km olub.

Dövlət Statistika Komitəsindən apa-ya verilən məlumata görə, yüklərin 18 mln. 223,5 min tonu və ya 64,3%-i avtomobil nəqliyyatı, 7 mln. 576,1 min tonu və ya 26,7%-i dəmir yolu nəqliyyatı, 2 mln. 559,7 min tonu və ya 9%-i dəniz nəqliyyatı ilə daşınıb. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmində 8,2% azalma müşahidə edilib. Bunun əsas səbəbi dəmir yolu və dəniz nəqliyyatı ilə yük daşınmasındakı azalmalar (müvafiq olaraq 18,5% və 34%) olub. Qeyd olunan dövrdə avtomobil nəqliyyatı ilə daşınmış yüklərin həcmi 2,8% artıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 14,8%-ini və ya 4 mln. 197,9 min tonunu tranzit yüklər təşkil edib. 2016-cı ilin yanvar-iyul aylarında dəhliz vasitəsilə 196,7 mln. sərnişin daşınıb, sərnişin dövriyyəsi 3 mlrd. 959,3 mln. sərnişin/km olub. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə daşınmış sərnişinlərin sayı 2,3%, sərnişin dövriyyəsi isə 1,4% artıb.

Mediainfo.az