Dollar cüzi də olsa, düşüb - AMB

Dollar cüzi də olsa, düşüb - AMB

14 Sentyabr 2016 10:08
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən KİV-ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi sentyabr ayının 9-u ilə müqayisədə 0,8% azalaraq 1,6390 manat olub.

Avro manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,54% zəifləyərək 1,8398 manat olub.
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası ötən günlə müqayisədə 1,56% azalaraq 0,0252 manat səviyyəsinə düşüb.
Türkiyə lirəsinin məzənnəsi 0,83% azalaraq 0,5496 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1632 manatdır. Beləliklə, funt sterlinq 1,03%-lik ucuzlaşma nümayiş etdirib. Gürcüstan larisinin məzənnəsi 0,08% azalaraq 0,7095 manat təşkil edib.

Mediainfo.az