“iPhone 7”nin Azərbaycanda satış qiyməti məlum oldu

“iPhone 7”nin Azərbaycanda satış qiyməti məlum oldu

8 Sentyabr 2016 12:03
Bəyəndim (0) Bəyənmədim (0)

Gecə saatlarında ictimaiyyətə təqdim olunan "iPhone 7" və "iPhone 7 Plus" smartfonlarının Azərbaycanda satışa çıxarılacağı vaxt və qiyməti məlum oldu.

Mobil telefonların satış mərkəzlərindən bildirilib ki, yeni smartfonların ilk partiyası artıq sifariş olunub.

"iPhone 7" və "iPhone 7 Plus" gələn ayın əvvəlindən Azərbaycan bazarında satışa çıxarılacaq.

Smartfonların ilkin qiyməti də məlum olub.

Verilən məlumata əsasən, telefonun yaddaşından asılı olaraq onun qiyməti 1600-2100 manat civarında müəyyənləşib .

(oxu.az)

Mediainfo.az