Qara bazar'da dollar bahalaşdı

Qara bazar'da dollar bahalaşdı

6 Sentyabr 2016 13:53
Bəyəndim (0) Bəyənmədim (0)

Ölkə banklarının cəmi bir neçəsi dollar satışı həyata keçirdiyindən qıtlıq "qara bazar"da aktivliyə səbəb olub. Dünən günortadan sonra "qara bazar"da dolların bahalaşması nəzərə çarpıb və həmin qiymətlər hazırda da qalmaqdadır.

Fins.az xəbər verir ki, hazırda qeyri-rəsmi bazarda 1 dollar 1,83 manata alınır. Dolların satış qiyməti isə 1,85 manatdır. Ayrı-ayrı şəxslərin əlində olan dollar kütləsinin həcmi elə də böyük deyil, lakin bankların təklif etdiyi limitdən dəfələrlə yüksəkdir.

Məlumatlara görə, "qara bazar"da 5 minə qədər dollar almaq mümkündür.

Mediainfo.az