Dollar bu gün neçəyədir? - RƏSMİ

Dollar bu gün neçəyədir? - RƏSMİ

6 Sentyabr 2016 11:12
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən KİV-ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi sentyabr ayının 5-si ilə müqayisədə dəyişməyərək 1,6362 manat olub.

Avro manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,23% zəifləyərək 1,8239 manat olub.
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası 0,4% bahalaşaraq 0,0252 manat olub.

Türkiyə lirəsinin məzənnəsi dəyişməyərək 0,5552 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1796 manatdır. Beləliklə, funt sterlinq 0,01%-lik ucuzlaşma nümayiş etdirib. Gürcüstan larisinin məzənnəsi 0,5% azalaraq 0,7114 manat təşkil edib.

Mediainfo.az