Rusiya və Səudiyyə Ərəbistanı neftin qiyməti ilə bağlı razılığa gəldilər

Rusiya və Səudiyyə Ərəbistanı neftin qiyməti ilə bağlı razılığa gəldilər

5 Sentyabr 2016 14:42
Bəyəndim (0) Bəyənmədim (0)

Neft bazarında sabitliyin bərqərar olması ilə bağlı Rusiya və Səudiyyə Ərəbistanı arasında birgə bəyanat imzalanıb.

Bu xəbəri "İnterfaks" agentliyi yayıb.

Bəyanatın altında Rusiyanın energetika naziri Aleksandr Novak və Səudiyyə Ərəbistanının energetika, sənaye və mineral ehtiyatlar naziri Xalid əl-Falih imza qoyublar.

Tərəflər birgə bəyanatda karbohidrogen ehtiyatları bazarında izafi tərəddüdlərin azaldılmasının zəruriliyini qəbul etdiklərinin bildiriblər.

Razılaşmaya görə, oktyabr ayında Rusiya və Səudiyyə Ərəbistanı neft-qaz sahəsində əməkdaşlıq üzrə işçi qrupunun ilk iclasını keçirəcəklər. Oktyabr ayında Əlcəzairdə, noyabr ayında isə Vyanada bəyanatı imzalamış iki nazirin görüşləri baş tutacaq.

Mediainfo.az