Dondurma istehsal edən daha bir müəssisə cərimələndi

Dondurma istehsal edən daha bir müəssisə cərimələndi

2 Sentyabr 2011 11:45
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda keyfiyyətsiz dondurma istehsalı ilə məşğul olan daha bir müəssisə cərimələndi. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılan yoxlamalar zamanı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci massiv, ev 409 ünvanında İlham Məmmədova məxsus istehsalat sahəsində dondurmaların müvafiq reseptura, habelə, gigiyenik sertifikatları olmadan istehsal edilməsi və digər xəbərlər aşkarlanıb. Faktla bağlı antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb. Qanunun tələblərini pozduğuna görə İ.Məmmədova 1,2 min manat maliyyə sanksiyası tətbiq edilib.

Ürəkləri sərinlədib orqanizmi korlayan dondurmalar.

Tofiq Əliyev

O.M.