200 kq yararsız ərzaq məhsulları aşkarlanıb

200 kq yararsız ərzaq məhsulları aşkarlanıb

2 Sentyabr 2011 11:00
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib. Nazirlikdən "APA-ECONOMICS"ə verilən məlumata görə, monitorinq zamanı Bakının Xətai rayonunda S.Ə.Şirvani və M.Rüstəmov küçələrinin kəsişməsində yerləşən "Rövşən market"də, Ukrayna dairəsi, M.Hadi küçəsindəki "Hakim market"də, Zığ şosesi,31 ünvanında Ramil Camalova məxsus mağazada, Binəqədi rayonunda Ə.Naxçıvani küçəsi,4B ünvanında "A&F market"də, C.Xəndan küçəsində Musa İsayevə məxsus mağazada və "Yeni market"də, 8-ci mikrorayon, ev 34 ünvanında yerləşən "Nur market"də, Füzuli rayonunda Kərimbəyli kəndində Akif İbadova məxsus mağazada, Ağstafa rayonunda R.Əsədov küçəsində Rəşid Nəsibova məxsus mağazada, Qusar rayonunda Səfixanov küçəsində yerləşən "Planet market"də, Ağdaş rayonunda Ləki qəsəbəsində Ağahüseyn Salmanova məxsus mağazada, ümumi çəkisi 180 kq-a yaxın olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Haqsız rəqabət aparan şəxslərə qarşı haqlı cərimə tətbiq olunacaq.

Tofiq Əliyev

O.M.