Azərbaycan “TelecomWorld 2011”də təmsil olunacaq

Azərbaycan “TelecomWorld 2011”də təmsil olunacaq

30 Avqust 2011 13:00
689
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan oktyabrın 24-dən 27-dək Cenevrədə keçiriləcək Beynəlxalq Telekommunikasiya İttifaqının (İTU) Ümumdünya telekommunikasiya texnologiyaları, avadanlığı və xidmətləri ixtisaslaşdırılmış sərgi-konfransında ("TelecomWorld 2011") milli pavilyonla təmsil olunacaq. İTU-nun məlumatında bildirilir ki, milli pavilyonun açılmasının əsas məqsədi Azərbaycan iqtisadiyyatının işıqlandırılması, telekommunikasiya və yeni texnologiyalar sahəsində ən yeni texniki sistemlərin təqdimatıdır.

"TelecomWorld 2011" sərgisi dünyanın hər yerindən telekommunikasiya və informasiya texnologiyaları sektorunun dövlət, beynəlxalq və yerli şirkətlərin nümayəndələrini bir yerə toplayan böyük hadisədir.

Tədbirdə nazirlərin, şirkət rəhbərlərinin, telekommunikasiya texnologiyaları sahəsində ekspertlərin iştirakı gözlənilir.

Konfrans çərçivəsində innovasiyalar, diapazonlar, genişzolaqlı çıxış və kibertəhlükəsizlik biznesi və s. sahələrin əsas mövzuları üzrə müzakirələr aparılacaq.

Ölkəni hər yerdə ləyaqətlə təmsil etmək hamının borcudur.

Tofiq Əliyev

O.M.