Xarici valyutaların məzənnəsi - BU GÜN

Xarici valyutaların məzənnəsi - BU GÜN

29 İyul 2016 11:16
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

ABŞ-ın milli valyutası olan dolların məzənnəsi iyul ayının 28-i ilə müqayisədə 0,2% artaraq 1,5851 manat təşkil edib.

Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,3% möhkəmlənərək 1,7564 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl isə 0,83% ucuzlaşaraq 0,0238 manat səviyyəsinə enib.

Türkiyə lirəsi manata nisbətən bahalaşıb. Belə ki, qardaş ölkənin milli valyutası 0,32% artaraq 0,5260 manat olub.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0893 manatdır. Beləliklə, funt sterlinq də 0,24%-lik bahalaşma nümayiş etdirib.
Gürcüstan larisinin məzənnəsi isə 0,22% azalaraq 0,6731 manat təşkil edib.

Mediainfo.az