Daha bir şəxs "SOCAR Türkiye" şirkətinin rəhbərliyindən uzaqlaşdırılıb

Daha bir şəxs "SOCAR Türkiye" şirkətinin rəhbərliyindən uzaqlaşdırılıb

28 İyul 2016 14:37
270
Bəyəndim (0) Bəyənmədim (0)

"SOCAR Türkiye" şirkətinin rəhbərliyində daha bir dəyişiklik olub.

Apa xəbər verir ki, şirkətin baş direktorunun satınalma üzrə müavini Natiq Dəmirov işdən çıxarılıb.

Qeyd edək ki, bundan öncə şirkətin baş icraçı direktoru Saadettin Korkut istefa verib. Ardınca S. Korkut hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Onun evində və iş yerində axtarışlar aparılıb.

S. Korkutu SOCAR-ın Yunanıstandakı törəməsinin ("SOCAR Greece") rəhbəri Anar Məmmədov (fotoda) əvəzləyib. Yeri gəlmişkən, artıq A. Məmmədov kollektivə təqdim olunub.

Mediainfo.az