SOCAR "Petkim"in sabiq rəhbərinin saxlanma səbəbini açıqlayıb

SOCAR "Petkim"in sabiq rəhbərinin saxlanma səbəbini açıqlayıb

28 İyul 2016 11:13
Bəyəndim (0) Bəyənmədim (0)

SOCAR "Petkim Petrokimya Holding A.Ş."-nin sabiq baş icraçı direktoru Saadettin Korkutun saxlanılması və şirkətin bəzi əməkdaşlarının işdən azad olunmasına münasibət bildirib.

SOCAR-ın mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nizaməddin Quliyev apa-ya açıqlamasında deyib ki, S. Korkut dünən tutduğu vəzifədən azad olunub və onu SOCAR-ın Yunanıstandakı törəməsinin ("SOCAR Greece") rəhbəri işləmiş Anar Məmmədov əvəzləyib: "Bu gün saat 12:00-də Anar Məmmədov kollektivə təqdim olunacaq".

N. Quliyev əlavə edib ki, "SOCAR Turkey Energy" şirkətində baş verən kadr islahatları çərçivəsində işdən çıxarılmış başqa rəhbər vəzifəli şəxslər də var: "Onlardan birinin şikayəti əsasında "Petkim Petrokimya Holding A.Ş."-nin sabiq baş icraçı direktoru Saadettin Korkut hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb".

Mediainfo.az