Tələbələrin işlə təminatı üçün boş yerlər təklif olunub

Tələbələrin işlə təminatı üçün boş yerlər təklif olunub

27 İyul 2016 14:53
Bəyəndim (0) Bəyənmədim (0)

Bu ilin 6 ayında 15800 gənc işlə təmin edilib. 8 ali təhsil müəssisəsində tələbələrin işlə təminatı üçün vakant yerlər təklif olunub.

Bu barədə virtualaz.org saytına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev məlumat verib.

Onun sözlərinə görə, əlil gənclərin əmək bazarına çıxış imkanlarına malik olmaları üçün onların peşə reabilitasiyası həyata keçirilir. "Əksəriyyəti gənclərdən ibarət olan tələbə və məzunların əmək bazarına inteqrasiyası məqsədilə 259 müəssisəyə aid 1452 boş iş yeri təklif olunub. İştirakçılara seçimlərinə uyğun vakant iş yerlərinə göndərişlər verilib. Yanvar-iyun aylarında 59058 nəfər gəncə peşəyönümü məsləhətləri verilib.

Həmçinin gənclərin düzgün ixtisas seçiminə istiqamətləndirilməsində valideynlərin rolu nəzərə alınır. Belə ki, peşəyönümü işində yenilik olaraq, valideynlərin də övladlarının gələcək peşə seçimi ilə bağlı peşəyönümü məsləhətlərinə cəlb edilməsi işləri aparılır", - deyə E.Babayev əlavə edib.

Mediainfo.az