Bakıdan birbaşa Batumiyə - AVTOVAĞZALDAN REYS AÇILDI

Bakıdan birbaşa Batumiyə - AVTOVAĞZALDAN REYS AÇILDI

25 İyul 2016 13:23
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gündən etibarən Bakı Beynəlxalq Avtovağzal Kompleksindən həftənin 1,3 və 5-ci günləri Bakı-Batumi avtobus reysi fəaliyyətə başlayıb.

Avtobusun yola düşmə vaxtı Bakı vaxtı ilə saat 18:00, təyinat məntəqəsinə - Batumi şəhərinə çatma vaxtı isə növbəti gün saat 9:00-da baş tutacaq.

Qeyd edək ki, gediş biletinin qiyməti 35 manat təşkil edir.

Mediainfo.az