Türkiyədə dövlət çevrilişinə cəhd "YapıKredi Bank Azərbaycan"ın səhmdarına 3,6 mlrd. lirəlik ziyan vurub

Türkiyədə dövlət çevrilişinə cəhd "YapıKredi Bank Azərbaycan"ın səhmdarına 3,6 mlrd. lirəlik ziyan vurub

25 İyul 2016 10:25
183
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyədə dövlət çevrilişinə cəhd maliyyə sektoruna ciddi ziyan vurub.

15 iyul İstanbul birjasında ticarət sessiyası başa çatan zaman şirkətlərin bazar dəyəri 634 mlrd. lirə idisə, iyulun 22-də bu rəqəm 556 mlrd. lirə olub. Beləliklə, həmin şirkətlər 1 həftə ərzində 78 mlrd. lirə ziyanla üzləşib.

Sözsüz ki, ən ciddi zərbə iri şirkətlərə dəyib. Konkret rəqəm göstərməli olsaq, 20 şirkətin bazar dəyəri 49,9 mlrd. lirə azalıb. Məsələn, "Akbank" kimi nəhəng bank 1 həftəyə 5 mlrd. 920 mln. lirə ucuzlaşıb. "Koç Holding"in dəyəri 5 mlrd. 908 mln. azaldığı halda, "Garanti Bankası" 5 mlrd. 670 mln. lirə həcmində "əriyib". Azərbaycanda fəaliyyət göstərən "YapıKredi Bank Azərbaycan" QSC-nin əsas səhmdarı "YapıKredi Bank" 1 həftə ərzində bazar dəyərinin 3 mlrd. 608 mln. lirəsini itirib.

Qeyd edək ki, "YapıKredi Bank Azərbaycan" QSC-nin səhmlərinin 99,8%-i "YapıKredi Bank"a məxsusdur.

Mediainfo.az