Obamaların 10 milyon dollarlıq tətilinə narazılıq edənlər var

Obamaların 10 milyon dollarlıq tətilinə narazılıq edənlər var

26 Avqust 2011 14:41
Bəyəndim (0) Bəyənmədim (0)
Mişel Obama bədxərc imiş...

Amerikada tətilə çıxan Barak Obama və həyat yoldaşının tətil xərcləri ölkənin gündəmini məşğul etməkdədir. İngilis "Daily Mail" qəzetinin iddiasına görə, Mişel Obamanın bədxərcliyi sadəcə ötən il vergi mükəlləfləri tərəfindən ödənən 10 milyon dolların boşa xərcləndiyi göstərir. First-ledi ötən il 42 günlük tətilə çıxmış, gecəliyi 2 min dollar olan 5 ulduzlu otellərdə qonaqlamışdı. Hansı ki, bu məkanlarda bahalı içkilər istehlak edilir.

Obamaların hazırkı tətilləri Martas-Vineyarddakı gözəl mənzərəli bağ evində keçirilir. Hansı ki, bu bağ evinin həftəlik kirayəsi 50 min dollardır.

Varlığa nə darlıq.

Günel Həbib

O.M.