Bağlanan 4 bankdakı əhalinin əmanətlərini kim qaytaracaq?

Bağlanan 4 bankdakı əhalinin əmanətlərini kim qaytaracaq?

22 İyul 2016 10:56
Bəyəndim (0) Bəyənmədim (0)
140 mln.300 min manatı Əmanətlərin Sığortalanması Fondu qaytaracaq

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən lisenziyaları ləğv olunan "Dekabank" ASC, "Kredobank" ASC, "Parabank" ASC və "Zaminbank" ASC-də ümumilikdə 140 mln.300 min manat məbləğində qorunan əmanət var.

Bu barədə MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlıı bu gün keçirdiyi mətbuat konfransında deyib.

"Əmanətlərə gəlincə, lisenziyası ləğv olunan dörd bankda əhalinin 140 milyon 300 min manat məbləğində qorunan əmanəti var. Bu vəsait Əmanətlərin Sığortalanması Fondu tərəfindən qaytarılacaq. Belə ki, adıçəkilən banklar fondun üzvüdür. Lazım olarsa, Mərkəzi Bank likvidlik dəstəyi göstərəcək", - deyə sədr qeyd edib.

Mediainfo.az