ANS ÇM niyə bağlandı? - SƏBƏB

ANS ÇM niyə bağlandı? - SƏBƏB

21 İyul 2016 13:11
Bəyəndim (0) Bəyənmədim (0)

"ANS ÇM radiosunun lisenziyasına xitam verilməsi yayımçının davamlı olaraq reklam qanunvericiliyinin tələblərini pozması ilə bağlıdır. Bu pozuntular lisenziyanın ləğv olunmasına hüquqi əsas yaradıb".

Bunu Milli televiziya və Radio Şurasının (MTRŞ) nümayəndəsi Toğrul Mirzəzadə bildirib.

Onun sözlərinə görə, radionun reklam qanunvericiliyini pozulması halları hələ ötən ilin sonlarından başlayıb.

T.Musazadə qeyd edib ki, qanunvericiliyin tələblərinin pozulmasına görə MTRŞ ötən ilin dekabrın 23-də "ANS Müstəqil Yayım və Media Şirkəti"ni 161 min manat məbləğində cərimə edib: "Bundan sonra qərardan şikayət edən şirkətlə MTRŞ arasında məhkəmə çəkişməsi başladı. Bu ilin aprel ayında isə məhkəmə mübahisəyə son qoydu və proses MTRŞ-nın xeyrinə həll olundu. Şirkət isə hələ də 161 min manatı dövlət bütdcəsinə geri qaytarmayıb. Məhkəmə bitsə də məhkəmə qərarları hələ ki, şuraya daxil olmayıb. Qərarların hər biri daxil olduqdan sonra MTRŞ məhkəmə qərarlarının icrası ilə məşğul olan quruma müraciət edəcək" (report)

Mediainfo.az