Avtomobil idxalı 7 dəfə azalıb

Avtomobil idxalı 7 dəfə azalıb

18 İyul 2016 14:13
Bəyəndim (0) Bəyənmədim (0)

Bu ilin yanvar-iyun aylarında Azərbaycana 2 573 ədəd avtomobil idxal olunub.

Dövlət Gömrük Komitəsi xəbər verir ki, bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 067 ədəd yaxud 6,9 dəfə azalma deməkdir.

Hesabat dövründə avtomobil idxalının 86%-i əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb. Belə ki, ilin I yarısında bu nəqliyyat vasitələri üzrə 2 222 ədəd idxal qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövründən 7 dəfə yaxud da 13 523 ədəd azdır.

Hesabat dövründə 252 ədəd yük daşımaq üçün motorlu nəqliyyat vasitələri idxal olunub ki, bu da 874 ədəd yaxud da 4,5 dəfə azalıb.

İlin altı ayı ərzində xüsusi təyinatlı motorluq nəqliyyat vasitələrinin idxalının sayı 119 ədəd yaxud da 3 dəfə azalaraq 60 ədəd təşkil edib.

Bu dövrdə 39 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri idxal olunub. Bu nəqliyyat vasitələrinin sayı 551 ədəd yaxud da 15 dəfə azalıb.

Mediainfo.az