Sabiq deputatdan sensasion açıqlama

Sabiq deputatdan sensasion açıqlama

13 İyul 2016 15:20
Bəyəndim (0) Bəyənmədim (0)

Ekpsert Azərbaycanlı iş adamlarının kapitalını ölkədən çıxarmasının səbəbini açıqlayır

Ölkə iqtisadiyyatının üzləşdiyi çətinliklər Azərbaycandan Türkiyəyə və digər xarici ölkələrə kapital axınını artırıb. Son iki il ərzində azərbaycanlılar təkcə Türkiyədə 600-dən artıq şirkət qurub.Bu ilin ilk beş ayında Türkiyədə Azərbaycan kapitalı ilə 80 şirkət yaradılıb. Onlardan 29-u səhmdar cəmiyyətdir. Azərbaycanlılar həmin cəmiyyətlərə 4 milyon 126 min lirə yatırıblar.

Xəbəri Turan agentliyi Türkiyə Palatalar və Birjalar Birliyinin məlumatına istinadən yayıb. Bu şirkətlərin elan edilmiş ümumi kapitalı 13 milyon lirədən artıqdır. Həmin vəsaitin 10 milyondan artığı azərbaycanlı təsisçilərə məxsusdur.

Hazırda Türkiyədə Azərbaycan kapitalının iştirakı ilə 1700-ə yaxın şirkət fəaliyyət göstərir.

İqtisadçı ekspert Nazim Məmmədov açıqlamasında yaranmış vəziyyəti şərh edib. Onun sözlərinə görə, son bir neçə ildir ki , Azərbaycan vətəndaşları tərəfindən Gürcüstan və Türkiyənin iqtisadiyyatına yatırılan sərmayələr haqqında məlumatlar intensivləşib: "Burada həm obyektiv həm də subyektiv hallar var. Məsələn obyektiv hal odur ki, bəzi şirkətlər böyüdükcə ilk növbədə yaxın ölkənin bazarlarında yer axtarır, bu iki ölkə isə bir çox layihələrdə müştərək iştirak edirlər. Azərbaycan dövləti tərəfindən də yatırımlar edilir, bu xoş münasibəti görən özəl sektor da həvəslənir.

Təkcə keçən il Gürcüstana yatırılan vəsaitlərin həcmi 600 milyon dollardan artıq olub. Bununla yanaşı bizim ölkəyə nisbətən biznes azadlığı indeksinə görə bu iki ölkə Azərbaycandan çox irəlidir və haqlı olaraq biznes daha münbit şərait axtarır. Qeyd etdiyim kimi, bu prosesslər 2012-ci ildə "Baku steel company" MMC tərəfindən metal istehsalçılarının qoçu dəstələri vasitəsi ilə bazardan sıxışdırılıb, çıxarılmasından sonra daha sürətlə davam etdi. Yerli sahibkarlar belə bir rəzaləti gördükdən sonra və hüquq mühafizə orqanlarının seyrici mövqe tutduğunu əsas gətirərək sual etdilər: əgər onların başına belə oyun gətirilməyəcəyinə kim qarantiya verir? Hər bir ölkə xarici investorların gəlişini stimullaşdırır, ancaq bu hadisələrdən sonra bütün Beynəlxalq reytinq agentlikləri Azərbaycanda biznes dözümsüzlüyü haqqında mənfi rəy verdilər və ölkəmizdən ciddi kapital axını başladı və indi də davam edir. Manata ciddi təzyiqi də elə bu kapital axınında axtarmaq lazımdır".(gununsesi.info)

Mediainfo.az