İran Ermənistana qaz nəqlini artırır

İran Ermənistana qaz nəqlini artırır

13 İyul 2016 11:18
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanın baş naziri Ovik Obramyanla İranın birinci vitse-prezidenti Eshaq Cahangiri arasında telefon danışığı olub.

İyulun 10-dan avqustun 10-dək magistral kəmərdə aparılan təmir işləri ilə əlaqədar Rusiyadan Ermənistana qaz nəqlinin dayandırılmasını xatırladan O. Obramyan İrandan Ermənistana nəql olunan qazın həcminin artırılması ilə bağlı müraciət edib. E. Cahangiri təklifə müsbət cavab verib.

Xatırladaq ki, Rusiyadan qaz nəqlinin dayandırılması səbəbi ilə Ermənistan əhalisinin qaz təchizatı yeraltı anbarlardakı ehtiyat qaz hesabına aparılacaq. (apa)

Mediainfo.az