Məhəmmədrza Nemətzadə: “Azərbaycan İran məhsullarının ixracı üçün əlverişli tranzit ölkədir”

Məhəmmədrza Nemətzadə: “Azərbaycan İran məhsullarının ixracı üçün əlverişli tranzit ölkədir”

12 İyul 2016 14:17
223
Bəyəndim (0) Bəyənmədim (0)

"İran və Azərbaycan arasında sənaye və mədən sənayesi sahəsində əməkdaşlığa dair çox faydalı müzakirələr aparılıb".

Bunu Apa -nın İran bürosuna açıqlamasında bu ölkənin sənaye, mədən və ticarət naziri Məhəmmədrza Nemətzadə deyib. O bildirib ki, müzakirələrdə azərbaycanlı investorların İranın mədən sənayesinə sərmayə yatırması üçün çox yaxşı nəticələr əldə olunub: "Azərbaycan həm də Rusiya və digər ölkələrlə yaxşı əlaqələrinə görə İran məhsullarının ixracatı üçün əlverişli tranzit ölkə ola bilər".

M. Nemətzadə qeyd edib ki, son günlər rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti Azərbaycanda səfərdə olub: "Azərbaycanlı iş adamlarını İran mədən sənayesinin potensialı ilə tanış olmaq üçün ölkəmizə dəvət etmişik. Ümid edirəm ki, Azərbaycan və İran arasında əlaqələr yüksələn temp üzrə inkişaf etdiriləcək və əlaqələrin genişlənməsi hər iki ölkəyə mənfəət qazandıracaq".

M. Nemətzadənin sözlərinə görə, Azərbaycanda investisiyalar üçün yaxşı şərait yaradılıb: "Biz də ora sərmayə yatırmaqda maraqlıyıq. İran və Azərbaycan iki dost və qardaş ölkələrdir və dini, tarixi və dil bağlılıqlarına görə əlaqələrin inkişafı üçün geniş potensiala malikdirlər".

Mediainfo.az