Hərbi sahədə yüksək ixtisaslı elmi kadrların hazırlanmasına kömək etmək lazımdır

Hərbi sahədə yüksək ixtisaslı elmi kadrların hazırlanmasına kömək etmək lazımdır

12 İyul 2016 14:12
208
Bəyəndim (0) Bəyənmədim (0)

"Bu gün Azərbaycanda 25 elm sahəsi üzrə 403 ixtisas var".

Apa-nın xəbərinə görə, bunu Prezident yanında Ali Attestasiya Komissiyası sədrinin müavini, AMEA-nın müxbir üzvü Vəli Hüseynov Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının iclasında deyib. Onun sözlərinə görə, hərbi kadrlar üçün doktorantura yaradılıb, ixtisaslar təsbit olunub. V. Hüseynov bildirib ki, bu sahədə güzəştə gedərək həmin kadrların qısa zamanda hazırlanmasına kömək etmək lazımdır.

O əlavə edib ki, ölkədə milli indekslənmə və xülasələndirmə sisteminin olmaması elm sahəsi üzrə çətinliklər yaradır: "Müxtəlif elmlər üzrə birgə tədqiqatlar aparıla bilmir. Çünki müxtəlif sahələr üzrə tədqiqatlar aparılarkən tədqiqatçıların bir-birilərindən xəbərləri olmur, jurnalları almırlar. Jurnalları da kağız şəklində ölkənin bütün yerlərinə göndərmək mümkün deyil. Buna görə də vahid elektron baza yaradılmalıdır".

Mediainfo.az