Plastik şüşədən lampalar düzəldildi

Plastik şüşədən lampalar düzəldildi

25 Avqust 2011 11:38
Bəyəndim (0) Bəyənmədim (0)

Filippində sənət əsəri yaratmaq üçün su, plastik şüşələr və çamaşır suyu yetərlidir. Öncə plastik şüşələr tavanlara yerləşdirilir, ardından içlərinə su və çamaşır suyu doldurulur.

Plastik şüşələri 55-60 Voltluq lampalara dönüşdürən filippinlilər bu minvalla Günəş enerjisini ən qənaətcil istifadə edənlər siyahısında başda gəlirlər. Plastik şüşələrdən əldə olunan lampaların ömrü isə 10 aydır. Olduqca qüvvətli işıq verən şüşələr eyni zamanda kasıb təbəqənin də işinə olduqca yarayır. Məhz bu səbəbdən elm adamları bu lampaların ömrünü 5 ilə qədər uzatmaq üçün layihəni davam etdirirlər.

Ümid edək ki, ucuz ətin şorbası olacaq.

Günel Həbib

O.M.