Kəmaləddin Heydərov Ucarda vətəndaşları qəbul edib

Kəmaləddin Heydərov Ucarda vətəndaşları qəbul edib

8 İyul 2016 15:58
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov bu gün Ucar şəhərində Ucar, Zərdab, Kürdəmir, Göyçay rayonlarının sakinlərinin və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirib.
apa-nın yerli bürosu xəbər verir ki, nazir tərəfindən qəbul edilən 20 vətəndaşın müraciətlərinin bir çoxu yerində həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.
Bundan başqa, kadr məsələləri ilə bağlı 56, digər məsələlərlə bağlı müraciət etmiş 50 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.

Mediainfo.az