Ölkəmizdə xüsusi turizm zonaları yaradılacaq

Ölkəmizdə xüsusi turizm zonaları yaradılacaq

5 İyul 2016 15:33
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda xüsusi turizm zonalarının yaradılması planlaşdırılır.

Trend-in məlumatına görə, bunu jurnalistlərə iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.

Onun sözlərinə görə, hökumət üçün bu məsələ aktualdır: "Artıq müvafiq sənədlər hazırlanıb və müzakirə edilir".

S.Həsənova qeyd edib ki, Xəzər akvatoriyasında xüsusi turizm zonalarının yaradılması nəzərdə tutulub ki, bu da çimərlik turizminin və turizm infrastrukturunun inkişafına xidmət edir.

O əlavə edib ki, turizm zonaları çərçivəsində vergi tətillərinin tətbiq edilməsi imkanı müzakirə olunur.

Mediainfo.az