Xarici valyutaların bu günə olan rəsmi məzənnəsi

Xarici valyutaların bu günə olan rəsmi məzənnəsi

4 İyul 2016 11:01
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

ABŞ-ın milli valyutası olan dolların manata qarşı məzənnəsi iyul ayının 1-i ilə müqayisədə sabit qalaraq 1,5425 manat təşkil edib.

Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası manata nisbətən 0,33% möhkəmlənərək 1,7176 manat olub.

Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan Rusiyanın milli valyutası rubl manata nisbətən 0,41% artaraq 0,0242 manat olub.

Türkiyə lirəsi manata nisbətən bahalaşıb. Belə ki, qardaş ölkənin milli valyutası 0,52% zəifləyərək 0,5324 manata çatıb.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0489 manatdır. Beləliklə, funt sterlinq manata qarşı 0,37%-lik ucuzlaşma nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi isə dəyişməyərək 0,6620 manat təşkil edib.

Mediainfo.az