Dövlət Neft Fondu bu gün 90 milyon dollar itirdi

Dövlət Neft Fondu bu gün 90 milyon dollar itirdi

24 İyun 2016 14:15
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) "Brexit" nəticəsində funt sterlinqin dollarla müqayisədə ucuzlaşması nəticəsində bu gün 86 milyon dollar vəsait itirib.

Bu barədə "Report" məlumat yayıb. Bildirir ki, 2016-cı ilin ilk rübünün yekunlarına görə, ARDNF-in portfelində olan 1 150,7 mln. funt sterlinqin dollar ekvivalentində zərəri ötən günün (iyunun 23-nün) qapanışından bu gün saat 12:00-a qədər 86 milyon dollar təşkil edib.

Xatırladaq ki, ilk rübün yekunlarına əasən, ARDNF-in aktivlərinin 4,9%-i funt stelinqdə yerləşdirilib.

Saytın analitik qrupu funtun ucuzlaşması prosesinin davam edəcəyini və Fondun itkisinin artacağını proqnozlaşdırır.

Mediainfo.az