Fazil Məmmədovdan vergilərin yığılmasıyla bağlı əcaib tapşırıq - təfsilat

Fazil Məmmədovdan vergilərin yığılmasıyla bağlı əcaib tapşırıq - təfsilat

22 İyun 2016 10:33
Bəyəndim (0) Bəyənmədim (0)
Vergilərin yığılması manatla deyil, dollarla aparılmalıdır

Azərbaycanda devalivasiyalardan sonra hökumət ciddi dollar qıtlığı çəkməyə başlayıb. Üstəlik, neftdən əldə olunan gəlirlərin azalması da prosesə ciddi təsir etməyə başlayıb.

Dövlət Gömrük Komitəsi məsələylə bağlı bir çox güzəştlər tətbiq edərək, xaricdən mal gətirən sahibkarlar üçün şərait yaratsa da, bu ümumi xarici ticarət dövriyyəsinə elə də təsir etməyib.

Məlumatlara görə, hakimiyyət dairələri vəziyyətdən çıxış yolu tapmaq üçün ixrac olunan mal və məhsullar üzrə rüsumları azaltmaqla yanaşı, həm də bürokratik əngəlləri də artıq aradan götürməyə başlayıb.

Bundan sonra ölkədən xaricə aparılan və müqabilində dollar gətirən fermer və sahibkarlara yeni güzəştlər tətbiq olunacaq.

Lakin bütün bunların fonunda vergilər naziri Fazil Məmmədov elə bir addım atıb ki, ona ad qoymaq özü belə kifayət qədər çətindir.

Nazirin göstərişinə əsasən bundan sonrakı mərhələdə vergilərin ödənilməsi manatla deyil, dollarla həyata keçiriləcək. Artıq əksər regional idarələr yerli sahibkarlara bununla bağlı şifahi olaraq xəbərdarlıq ediblər. Onlar bildiriblər ki, mövcud vergi borcları manatla hesablansa da, dollarla ödəniləcək və təlimatın da vergilər naziri tərəfindən verildiyini bildiriblər.

Məlumatlarda qeyd edilir ki, yaranmış vəziyyət artıq sahibkarlarda ciddi narazılıq yaratmağa başlayıb. Onlar bildirirlər ki, zatən ticarət dövriyyəsi aşağı düşüb və onlar satdıqları mal və məhsullar üzrə çəkdikləri xərci çıxara bilmirlər. Bir də bunun üzərinə vergiləri dollarla ödəmələri isə ikiqat yükdən başqa bir şey deyil. Lakin vergi müfəttişləri onların bu şikayətlərinə məhəl qoymurlar. (politika)

Mediainfo.az

Məsələ ilə bağlı araşdırmamız davam edir.