"AmCham" "Ağ sənəd"i Azərbaycan prezidentinə təqdim etməyə hazırlaşır

"AmCham" "Ağ sənəd"i Azərbaycan prezidentinə təqdim etməyə hazırlaşır

21 İyun 2016 12:33
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda Amerika Ticarət Palatası ("AmCham-Azerbaijan") iqtisadiyyatın inkişafına töhfə verəcək təkliflərdən ibarət "Ağ sənəd" hazırlayıb.

Bunu "AmCham-Azerbaijan"ın icraçı direktoru Natəvan Məmmədova deyib.

Onun sözlərinə görə, yaxın zamanlarda sənəd prezident İlham Əliyevə təqdim olunacaq: "Biz Palata olaraq adətən üzvlərimizin marağında olan sahələr üzərində işləyirik. Burada maraq olduğunu gördük. Bizim "Ağ sənəd" adlandırdığımız sənəddə kənd təsərrüfatının inkişafına töhfə verəcəyini düşündüyümüz bir neçə məsələni ora daxil etmişik. Belə ki, kənd təsərrüfatı sahəsində maliyyəyə çıxış, kənd təsərrüfatı kreditlərinin sığortalanması mexanizmləri, daşınar əmlaka əsaslanan maliyyələşmə, kredit bürolarının yaradılması kimi məsələləri sənədə daxil etmişik. Ümid edirik ki, yaxın müddətdə bu məsələlər öz həllini tapacaq".

Mediainfo.az