Qızılın qiyməti bu gün də bahalaşdı

Qızılın qiyməti bu gün də bahalaşdı

22 Avqust 2011 14:03
Bəyəndim (0) Bəyənmədim (0)

"Bloomberg"in məlumatına görə, dünya birjalarında qızıl 6 gündən bəri fasiləsiz bahalaşır. Bu gün səhər qızılın qiyməti 1,5 faiz də artaraq 1 Troya unsiyası üçün 1879,05 dollara çatıb. Dekabr ayı üçün Fyuçers müqavilələrində isə qızılın unsiyası 1900 dollardan satılır. Mütəxəssislərin dediklərinə görə, qızılın qiymət artımının başlıca səbəbi ABŞ-dakı makrostatistik göstəricilərin geriləməsidir. Dünya miqyasında iqtisadiyyatın bərpası gecikdiyindən investorlar qızıla üz tuturlar.

Avqust ayının əvvəlindən bəri 16 faiz bahalaşan qızıl 1999-cu ilin sentyabrından bəri rekord qiymətə çata bilər.

Dünya birjalarında gümüş 3,6 faiz, platin isə 0,9 faiz bahalaşıb. Bahalı metallar ən etibarlı "müdafiə" aktivlərindən satılır. ABŞ və Avropa Birliyindəki problemlər investorları Yaponiya yenası ilə İsveçrə frankını da almağa vadar edir.

Zər qədrin zərgər bilər.

Günel Həbib

O.M.