Ramin Quluzadə Xaçmazda vətəndaşları qəbul edib

Ramin Quluzadə Xaçmazda vətəndaşları qəbul edib

10 İyun 2016 14:27
313
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Xaçmaz şəhərində şimal bölgəsindən olan vətəndaşları qəbul edib.

Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Quba, Qusar, Xaçmaz, Xızı, Siyəzən və Şabran rayonlarında, eləcə də Sumqayıt şəhərində yaşayan vətəndaşlar iştirak ediblər.

Müraciətlər əsasən, telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətləri, işə qəbul və digər məsələlərlə bağlı olub. Vətəndaşların müraciətlərində qaldırılan problemlərin əksəriyyəti yerində həllini tapıb.

Nazir digər müraciətlərin həlli ilə bağlı müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.

Nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə bağlı müraciətlərin isə qeydiyyata alınaraq müvafiq qurumlara göndərilməsi təmin olunacaq.

Mediainfo.az