Neftin qiyməti 51 dolları ötdü

Neftin qiyməti 51 dolları ötdü

7 İyun 2016 16:35
Bəyəndim (0) Bəyənmədim (0)

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,59 dollar artaraq 50,28 dollar təşkil edib.

APA xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,69 dollar artaraq 51,24 dollar olub.
Qeyd edək ki, Brent neftinin qiyməti ötən ilin oktyabrın 12-dən etibarən ilk dəfə 51 dolları ötüb. Neftin bahalaşmasına səbəb dolların zəifləməsidir.

Mediainfo.az