Xaliq Məmmədov: “SOCAR-da bu gün 51 mindən çox işçi çalışır”

Xaliq Məmmədov: “SOCAR-da bu gün 51 mindən çox işçi çalışır”

3 İyun 2016 14:30
Bəyəndim (0) Bəyənmədim (0)

SOCAR-da bu gün təqribən 51 209 nəfər işçi çalışır. Onların 12%-i rəhbər, 19%-i mütəxəssisdir, 69%-i fəhlələrdir. Bunu bu gün Bakıda keçirilən Xəzər Beynəlxalq Neft-Qaz Konfransının ikinci günündə çıxış edərkən SOCAR-ın Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezident Xaliq Məmmədov bildirib.

Onun sözlərinə görə, yaş qrupuna görə isə 30 yaşa qədər olanlar işçilərin 14%-ni təşkil edir: "Onların 20%-i 41-50 yaş qrupları üzrə, 31-40 yaş üzrə isə 22%-dir, 51 yaşdan yuxarı olanlar isə 38%-dən yüksəkdir".

Vitse-prezident bildirib ki, təhsilə görə, 32%-i ali, 13%-i orta ixtisas, 5%-i peşə, orta təhsilli isə 50%-dir: "Kişilər 83%, 17%-i qadınlardır. 35 nəfər elmlər doktoru, 225 nəfər elmlər namizədi çalışır. Bu kadr tərkibi SOCAR-ın ən əsas resursudur".

Mediainfo.az