«Apple» məhkəməyə verilib

«Apple» məhkəməyə verilib

18 Avqust 2011 16:29
789
Bəyəndim (0) Bəyənmədim (0)

Cənubi Koreyanın 27 minə yaxın vətəndaşı ABŞ-ın "Apple" şirkətinə qarşı kollektiv məhkəmə iddiası irəli sürüb. Koreyalılar "Apple" şirkətini iOS əməliyyat sistemi ilə işləyən mobil qurğularda məxfilik qaydalarının pozulmasında günahlandırır. İddia materiallarına əsasən, "Apple" qurğuları əvvəlcədən xəbərdarlıq etmədən onların sahiblərinin hərəkətlərini izləyir. İddiaçılar "iPhone" istehsalçısından 25,3 mln. ABŞ dolları məbləğində kompensasiya ödənişi tələb edir. Koreyalıların məhkəmədə qalib gəldiyi təqdirdə iddiaçının hər birinə təxminən 936 dollar ödəniləcək.

Qeyd edək ki, bundan öncə "Apple" analoji məhkəmədən məğlub ayrılıb. Cənubi Koreyada gedən məhkəmə prosesinin yekunlarına əsasən, "iPhone" istehsalçısı iddiaçını qeyri-qanuni izlədiyinə görə ona 945 dollar məbləğində kompensasiya ödəmək məcburiyyətində qalıb.

Artıq tamah baş yardı.

Tofiq Əliyev

O.M.