Saxlama müddəti ötmüş ərzaq malları satışdan çıxarılıb

Saxlama müddəti ötmüş ərzaq malları satışdan çıxarılıb

11 Avqust 2011 17:46
Bəyəndim (0) Bəyənmədim (0)

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ölkənin istehlak bazarında yoxlamalarını davam etdirir. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Dövlət Xidməti tərəfindən keçirilən monitorinqlər zamanı

Bakının Nizami rayonunda B.Nuriyev küçəsi, 42 ünvanında yerləşən "Elnur market"də, B.Nuriyev küçəsi, 32c ünvanında Elməddin Ələkbərova məxsus mağazada, Şərifli küçəsi, ev 25 ünvanında yerləşən "Araz supermarket"də, C.Naxçıvanski küçəsi, ev 90 ünvanında Səbinə Həsənovaya məxsus mağazada, C.Naxçıvanski küçəsi, ev 94 ünvanında Həsən Əliyevə məxsus mağazada, E.Süleymanov küçəsi, ev 137 ünvanında Babək Qasımzadəyə məxsus mağazada,

Binəqədi rayonunda Naxçıvani küçəsi, 15 ünvanında yerləşən "Nicat market"də, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, 11A ünvanında Rasim Hüseynova məxsus mağazada, A.Məmmədov küçəsi, 115 ünvanında Məhərrəm Mustafayevə məxsus mağazada, 9-cu mikrorayon, Rezervuar, 160 ünvanında Ramiz Əsgərova məxsus mağazada,

Sabunçu rayonunda Bakıxanov qəsəbəsi, Bünyadov küçəsində Qadir Yusifova məxsus mağazada, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 1B ünvanında Zöhrab Ələkbərova məxsus mağazada, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 33 ünvanında yerləşən "Gilavar market"də, Sabunçu dairəsi, Aydınbəyov küçəsi, 37 ünvanında Məmmədağa Novruzova məxsus mağazada, Sabunçu dairəsi, Aydınbəyov küçəsi, 41 ünvanında Sale Sadıqova məxsus mağazada,

Şəmkir şəhərində 20 Yanvar küçəsində Fəxrəddin Hüseynova məxsus mağazada,

Füzuli rayonunda Horadiz şəhərində yerləşən "Nurlan market"də,

Göygöl şəhərində Bəhlulzadə küçəsi, 2 ünvanında Pərviz Məmmədova məxsus mağazada,

Xaçmaz rayonunda Seyidlikəndyeri kəndində "CTF" firmasına məxsus mağazada,

Mingəçevir şəhərində H.Əliyev prospektində Yaşar Əliyevə və Rəmzi Səlimova məxsus mağazalarda,

Bərdə rayonunda Nizami küçəsində İlqar Təhməzova və İsmayıl İlyasova məxsus mağazalarda, Bakı küçəsində Elnur Quliyevə və Xurşud Səlimova məxsus mağazalarda,

Samux rayonunda Alıuşağı kəndində Mahir Hüseynova məxsus mağazada

ümumi çəkisi 386 kq olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Haqsız rəqabət aparan şəxslərə qarşı haqlı cərimələr tətbiq ediləcək.

Tofiq Əliyev

O.M.