Ölkədə bir neçə dövlət qurumunun borcu silindi

Ölkədə bir neçə dövlət qurumunun borcu silindi

11 Avqust 2011 13:33
Bəyəndim (0) Bəyənmədim (0)

Nazirlər Kabinetinin mətbuat xidmətinin verdiyi məlumata görə, bir sıra dövlət müəssisələrinin borcları silinib.

Belə ki, "Azərsu" ASC-nin 2011-ci il fevralın 1-nə olan aşağıdakı kreditor borcları silinib:

"Bakıelektrikşəbəkə" ASC-nin balans və balansarxası hesabları üzrə - 83,0 milyon manat;

"Sumqayıtelektrikşəbəkə" ASC-nin balans və balansarxası hesabları üzrə - 64,1 milyon manat;

"Azərenerji" ASC üzrə - 9,3 milyon manat;

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC üzrə - 65,6 milyon manat.

Eləcə də, "Azərsu" ASC-nin elektrik enerjisinə görə olan borclarının xəzinə vekselləri vasitəsilə ödənilməsi nəticəsində yaranan 56,5 milyon manat, habelə həmin Cəmiyyətin Dövlət zəmanəti ilə alınan borcların Təminat Fonduna ödənilməli olan 3,8 milyon manat borclarının nizamnamə kapitalına yönəldilməklə silinib;

"Bakıelektrikşəbəkə" ASC-nin "Azərenerji" ASC-yə 2011-ci il fevralın 1-nə olan balans və balansarxası hesablar üzrə 83,0 milyon manat kreditor borcları silinib.

Eləcə də, "Bakıelektrikşəbəkə" ASC-nin "Azərenerji" ASC-yə olan 83,0 mln. manat, "Azərsu" ASC-nin "Azərenerji" ASC-yə olan 9,3 mln. manat borcuna müvafiq olaraq, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və "Azərenerji" ASC arasında bağlanmış borc sazişləri üzrə "Azərenerji" ASC tərəfindən dövlət büdcəsinə ödənilməli olan 92,3 milyon manat məbləğində borc silinib.

Azərbaycan Respublikasının Vergilər Nazirliyi "Əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi üzrə yaranmış borcların silinməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 8 aprel tarixli 405 nömrəli Fərmanına uyğun olaraq, 2011-ci il fevralın 1-nə əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərinə görə "Azərsu" ASC-yə 294,2 milyon manat məbləğində olan borclarının silinməsi zamanı kompensasiya məbləği dəyişdiyindən, bu borc məbləği üzrə əlavə dəyər vergisi öhdəliklərinin ləğv edilməsi məqsədilə əvvəlki dövrlərdə bəyan edilmiş əlavə dəyər vergisi dövriyyələrində müvafiq dəqiqləşmələri nəzərə alsın.

Qeyd edək ki, bu qərar 2011-ci il avqusutun 10-dan qüvvəyə minib.

Borclu borclunun, həqiqətən sağlığını istədi.

Tofiq Əliyev

O.M.