Orqanizm üçün təhlükəli 210 kq dondurma məhv edilib

Orqanizm üçün təhlükəli 210 kq dondurma məhv edilib

10 Avqust 2011 17:00
Bəyəndim (0) Bəyənmədim (0)

Paytaxtda insan orqanizmi üçün təhlükəli olan dondurmalar məhv edilib. Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən "APA-ECONOMICS"ə verilən məlumata görə, insan orqanizmi üçün təhlükəli dondurmaların məhv edilməsi barədə Nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Əlibala Əlizadəyə icrası məcburi göstəriş verilib.

Qeyd olunan göstərişin icrası ilə əlaqədar, insan orqanizmi üçün təhlükəli 210 kq keyfiyyətsiz dondurma Dövlət Xidmətinin əməkdaşlarının iştirakı ilə qanunvericilikdə müəyyən olunmuş qaydada məhv edilib.

Dondurma var ki, ürəyi sərinləşdirməklə bərabər orqanizmi də korlayır.

Tofiq Əliyev

O.M.