AZAL-dan Gəncə-Naxçıvan aviareysinə biletlərin bahalaşmasına münasibət

AZAL-dan Gəncə-Naxçıvan aviareysinə biletlərin bahalaşmasına münasibət

6 Aprel 2016 15:09
375

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) vitse-prezidenti Arif Məmmədov Tarif Şurası tərəfindən Gəncə-Naxçıvan aviareysi üzrə sərnişindaşıma xidmətinin tarifinin yuxarı həddinin 60 manat səviyyəsində təsdiqlənməsinə münasibət bildirib.

Apa xəbər verir ki, vitse-prezident bunları deyib: "Bilirsiniz ki, Ermənistanın hava məkanı bizim üçün bağlıdır. Biz isə Gəncə-Naxçıvan uçuşlarını bərpa etmək istəyirdik. Gəncədən Naxçıvana uçmaq üçün İran üzərindən giriş-çıxış olduqda, Bakıdan marşrut daha uzun olur. Bununla bağlı biz Tarif Şurasına müraciət etdik və bildirdik ki, bu reyslər səmərəli deyil. Tarif Şurası bu məsələyə iki dəfə baxdı və müvafiq qərarı verdi. Bakı-Naxçıvan aviareysi üzrə sərnişindaşıma xidmətinin tarifinin yuxarı həddi 70 manatdır. Biz hökumətdən 50 manat, sərnişinlərdən isə 20 manat kompensasiya alırıq. Gəncə-Naxçıvan reyslərində bu cür kompensasiya yoxdur".

Mediainfo.az